Qəbizliyin müalicəsi

 

Qəbizliyin olması, bağırsaqların normal şəkildə fəaliyyət göstərmədiyinin təzahürüdür. Bağırsağın möhtəviyyatı vaxtlı-vaxtında təmizlənmədiyi üçün orqanizmdəki şlaklar, toksinlər, zəhərli maddələr xaric ola bilmir, qana sorularaq bütün orqanları zədələyir.
Ona görə də qəbizliyi olan insanlar – baş ağrıları, yaddaş pozğunluğu, əhval ruhiyyənin aşağı olmasından, tez yorulmadan şikayət edirlər.
“Ömür” klinikasında aparılan “Eliksir terapiya” vasitəsilə qəbizlik uğurla müalicə olunur, pasientlərimizə yanaşı olaraq hidrokolonoterapiyanın tətbiqi orqanizmdən şlakları tamamilə təmizləyir.

Hüseynova İradə
Həkim-terapevt

Ətraflı

 

 

Piylənmə

 

“Piylənmə" orqanizmə piyin artıq yığılması ilə xarakterizə olunan, diqər system və orqanların ciddi ağirlaşmasına gətirib çixaran maddələr mübadiləsinin xroniki xəstəliyidir. Bu gün dünyada 1.7 milyard insan piylənmədən əziyyət çəkir. Proqnozlara görə 2025-ci ildə kişilərin 40%-i və qadinların 50%-i dünyada piylənmədən əziyyət çəkəcəklər.14 yaşa qədər artiq çəkili uşaqların sayı hər il 7% artır. İlkin və ikincili piylənmə qeyd olunur . İlkin piylənmə qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində meydana çıxır. İkincili piylənmə isə sinir sisteminin və daxili sekresiya vəzilərinin müxtəlif pozğunluqları nəticəsində meydana çıxır. İkincili piylənmədən ən çox rast gəlinəni tireogen yəni hipotireoz zamanı qalxanabənzər vəzin hipofunksiyası ilə əlaqədar meydana çıxan piylənmədir. Daha sonra ən çox rast gəlinən hipofizin ön payının şişi zamanı yaranan piylənmədir.
Piylənmənin bütün növlərində rast gəlinən ümumi simptom artiq çəkidir. Artıq çəkini qiymətləndirmək üçün BKİ- Bədən kütlə indeksindən istifadə olunur. Bu bədən çəkisinin kiloqramla göstəricisinin boyun kvadrat metrlə göstıricisinə olan nisbətidir. Normal göstərici 20-24.9-dur. 25-dən yüksək göstərici artiq çəki və müvafiq olaraq piylənmə dərəcəsini göstərir.

Ətraflı

 

 

Miqren

 

Başı ağrımayan insan sayı çox azdır. Hər kəs həyatının bir dönəmində baş ağrısından şikayət edir. Miqren həyatı təhtid edən təhlükəli bir xəstəlik deyildir. Ataklar (tutmalar) 4 saat ilə 72 saat arasında dəyişə bilir. Bu ataklar (tutmalar) zamanı baş ağrısıyla yanaşı, ürəkbulanma, qusma, normal işıq və səsdən rahatsız olma və s. kimi şikayətlərə rast gəlinir.
Miqren tutmalarını artıran faktorlar:

- Yuxusuzluq və ya həddindən artıq yatmaq
- Bəzi yemək və içəcəklər, kofe, şərab, şokalad və s.
- Xarici faktorlar (işıq, pis qoxu, yorğunluq, hava dəyişikliyi)
- Baş və boyunda ağrılar (göz, boyun, diş ağrısı və s.)

Müalicəsi – Farmokoloji və fizioterapevtikdir

Həsənova Lamiyə
həkim-nevropatoloq

Ətraflı

 

 

Endokrin pozğunluq

 

Hazırda gənc qızlar və gadınlarda aybaşı pozğunluğu, tüklənmə, kökəlmə kimi şikayətlər artmışdır.Buna səbəb orqanizmdə gedən maddələr mübadiləsi və hormonal statusda baş verən dəyişikliklərdir. Mübadilə və hormonal pozğunluqlar nəticəsində doğuşdan və ya pozulmuş hamiləlikdən sonra yaranan piylənmə, aybaşı önü sindrom, yumurtalıqların polikistozu, hiperprolaktinemiya(qanda prolaktin hormonunun miqdarının artması), hiperandrogeniya(qanda testesteronun, DHEA-nın miqdarının artması), amenoreya(aybaşının 6 ay və daha uzun müddətə olmaması), klimakterik pozğunluq və s. kimi patologiyalar yaranır. Bunların içərisində ən çox təsadüf ediləni yumurtalıq polikistozudur.

Ətraflı

 

 

Şəkərli diabet nədir?

 

Qanda şəkərin miqdarının ac qarına 6.1 mmol/l-dən çox, qida qəbulundan 2 saat sonra isə 11.1 mmol/l-dən çox olması şəkərli diabet adlanır.
Şəkərli diabetin yaranma səbəbləri:
• İrsi meyillik
• Piylənmə
• Arterial hipertenziya
• Az hərəkətli həyat tərzi
• Qidanın şəkərlə zəngin olması
Şəkərli diabetin simptomları:
• Sidiyə getmə hallarının artması
• Həddən çox yemək
• Arıqlama
• Ümumi zəiflik
Şəkərli diabetin ağırlaşmaları:
• böyrəklərdə pozğunluq
• gözdə dəyişikliklər
• sinirlərdə dəyişikliklər
• xırda və böyük damarlarda dəyişikliklər
• Diabetik pəncə, yəni aşağı ətraflarda gözlə görünən və görünməyən dəyişikliklər.

Ətraflı

 

 

Enurez nədir?

 

• Enurez – gün ərzində, vaxtdan asılı olmayaraq qeyri-iradi sidik ifrazıdır.
• Sidik kisəsinin boşalmasına nəzarətin olmaması isə birincili enurez sayılır.
Gecə enurezi- uşaq yuxuya gedendən sonraki ilk 90 dəqiqə ərzində baş verən qeyri-ixtiyarı sidik buraxmaya deyilir. Bu zaman uşaq yuxuda olduğundan sidik ifrazina nəzarəti itirir və yerini isladır.Belə uşaqlar əsəbi, gərgin, kompleksli olurlar. Bu hal 3 yaşa qədər ciddi bir problem sayılmasa da, qız uşaqlarında 4 yaşdan, oğlan uşaqlarında 5 yaşdan gec olmayaraq müalicəyə başlanmalıdır. Müalicənin nəticəsi kicik yaşlı uşaqlarda boyük yaşlara nisbətən daha effektlidir.

Ətraflı

 

 

Uşaqlarda boy və çəki problemi

 

Boy uşağın sağlamlıq vəziyyətini xarakterizə edən əsas kriteriyadır. Boydan geri qalma-heterogen vəziyyətdir. Boyun kişilərdə 130 sm., qadınlarda 120 sm.-dən aşağı olması boydan geri qalma hesab edilir. Boyun və çəkinin geri qalması endokrin sistemdə və ümumiyyətlə, orqanizmdə baş verən bir çox patoloji vəziyyətlərdən xəbər verir.
Bədən kütləsinin və boyun artması uşaq həyatının ilk 1-ci ilində intensiv baş verir. Sonrakı illərdə müvafiq templə artır. 2-ci sürətli artım yetişkənlik dövrünə təsadüf edir. Bu dövrdə qız uşaqlarında oğlanlara nisbətən bədən kütləsi və dəri altı piy təbəqəsinin artması daha tez baş verir (menstruasiyanın başlaması ilə əlaqədar olaraq).

Ətraflı